“Vals oynayan Müdafiə naziri, 15000 dollarlıq tamada” – Papikyanın dəbdəbəli toyu müzakirə olunur

2022/01/67808-1643007889.jpg
Oxunub: 913     12:09     24 Yanvar 2022    
Ötən gündən başlayaraq internetdə Ermənistan Müdafiə naziri Suren Papikyanın dəbdəbəli toyu müzakirə olunur.

Ordu.az xəbər verir ki, toyu “bahalı” tamada kimi tanınan Xoren Levonyan aparıb.

Bəzi məlumatlara görə, Levonyan 10-15 min dollara toya gedir. İctimai-siyasi xadimlər, “Facebook” istifadəçiləri toyun dəbdəbəsini müzakirə edərək onun keçmiş məmurların təşkil etdiyi dəbdəbəli toylardan heç də geri qalmadığını qeyd ediblər.

Qeyd edək ki, nazir Papikyan öz keçmiş mətbuat katibi Armine Muradyanla ailə qurub.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Areqnaz Manukyan “Facebook” səhifəsində yazıb: “Suren Papikyanın toyu dəbdəbəsinə görə heç də geri qalmırdı, yaxud bəlkə də əvvəlki hakimiyyət dövründə məmurların təşkil etdiyi analoji tədbirləri üstələyib. Asfaltlanma ilə bağlı korrupsiya riski göz çıxarır”.

Erməni ictimai xadim Maianna Qaramyan “Facebook” səhifəsində Papikyanın toydan öncə Yerablura getməsinə toxunaraq yazıb: “Faktiki olaraq Müdafiə Nazirliyinin xəbərinin bununla heç bir əlaqəsi yoxdur, Papikyanın ucuz piarını edirlər, yeri gəlmişkən, o, rəsmi olaraq məzuniyyətdədir... Bu müddət ərzində isə Beynəlxalq Qızıl Xaç Komitəsi Yeritsatumb kəndinə qida çatdıra bilmir”.

Erməni politoloq Qaqik Hambaryan məsələyə toxunaraq sual ünvanlayıb ki, torpaqsız Nikol, tarix müəllimi Surikdə “firon” toyunun pulları haradandır? “İndi Suriki hakimiyyətə gətirən torpaqsız Nikola sual: Cəmi 3,5 il əvvəl tarix müəllimi işləyən Surik bu qədər pulu haradan alıb ki, Firon restoranında belə təmtəraqlı toy edir”, - deyə o qeyd edib.

Erməni vəkil Robert Hayrapetyan “Facebook” səhifəsində bildirib: “İctimai maraq doğuran suallara əvvəlcədən cavab verilməlidir. Ermənistan müdafiə nazirinin toy jurnalında Müdafiə Nazirliyinin 05.01.2022-ci il tarixli 02-N nömrəli qərarının tələblərinin yerinə yetirilməsini lazımi səviyyədə həyata keçiriblər? Qonaqlardan necə QR kodu təqdim edib?”.

Ermənistan Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov “Facebook” səhifəsində qeyd edib: “Kapitulyant “duxov” (tərcüməsi cəsarətli anlamına gəlir, Ermənistanda sırf Paşinyana aid edilən sözdür – red.) mahnısı altında rəqs edir, Şuşa və Hadrut isə təhvil verilib, 5000 oğlan da əbədiyyətə getdi”.

Ermənistanın “Hraparak” nəşri yazıb ki, vaxtilə müxalif xaim olmuş Papikyanın komanda yoldaşları incəsənət nümayəndələrini hökumətin toylarında iştirak etməkdə ittiham edirdilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan  


Bizi "telegram"da izləyin