Ordu.az xəbər verir ki, o, Suriya hakimiyyətinin Soçi, Anapa və İrəvan hava limanları vasitəsilə Krımla hava əlaqəsi marşrutu hazırladığını bildirib.
Ermənistan Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyinin mətbuat katibi Sona Harutyunyan deyib ki, onlara belə bir marşrutun həyata keçirilməsi üçün müraciət daxil olmayıb, ümumiyyətlə, belə bir müzakirə yoxdur.
Ekspert, beynəlxalq məsələlər üzrə mütəxəssis İlya Kusa Aksyonovun bəyanatını şərh edərək qeyd edib ki, işğal olunmuş Krımın qondarma hakimiyyət nümayəndələrinin verdiyi açıqlamalar təxəyyülün nəticəsidir.
“İrəvan təcrid vəziyyətinə düşmək istəmirsə, Ermənistana bənzər uçuşlar lazım deyil. Bu, Ermənistanın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və heç bir divident gətirmir”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az