2021-ci ildə Ermənistanın hər bir vətəndaşının borcu 3112,8 dollar təşkil edib

2020/08/15846-1598078990.jpg
Oxunub: 628     16:57     24 Yanvar 2022    
Koronavirus epidemiyasının yaratdığı iqtisadi böhran ölkələrin mənfi təsirləri aradan qaldırmaq və ya yumşaltmaq məqsədilə sürətli templərlə dövlət borcunu artırmasına töhvə verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “news.am” nəşri yazıb.

“Əlbətə, 2020-ci ildə Ermənistan iqtisadiyyatının 7,4% geriləmə qeydə aldığını nəzərə alsaq, Ermənistan hökumətinin də yeni borclar cəlb etməli olacağı gözlənilirdi. Dövlət borcundan şikayətlənən hazırkı hakimiyyət 2021-ci ildə Ermənistanın dövlət borcunu 1,25 milyard dollar və ya 16,1% artırıb. Dövlət borcunun ən yüksək artım tempi qlobal böhran ilində, 2009-cu ildə, dövlət borcunun bir il ərzində 1,46 milyard dollar artdığı bir zamanda qeydə alınıb”, - deyə nəşr qeyd edib.

Müəllifin sözlərinə görə, maraqlıdır ki, 2021-ci ildə Ermənistanda daxili borcun artması hesabına dövlət borcu artıb, xarici borc 585,5 milyon dollar və ya 10,4 faiz, daxili borc isə 674 milyon dollar və ya 35,3 faiz artıb.

“2021-ci ildə götürülmüş dövlət borcunun bir hissəsi Ermənistan hökuməti tərəfindən valyuta ehtiyatlarının artırılmasına yönəldilib və mərkəzi bankın borcunun məbləği demək olar ki, eyni qalaraq 457,7 milyon dollar təşkil edib. Hökumət artan borcun bir hissəsini xərcləməyib, özü üçün maliyyə sabitliyi yaradıb, lakin borc pulun faizi dövriyyədədir”, - deyə nəşr vurğulayıb.

Bildirilib ki, 2021-ci ildə Ermənistanın hər bir vətəndaşının borcu 3112,8 dollar təşkil edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Koronavirus  


Bizi "telegram"da izləyin