Mincivanda qanunsuz məskunlaşmış erməni: “25 il işlədik, amma bir neçə dəqiqədə hər şeyi itirdik”

2022/01/poli-1643007659.jpg
Oxunub: 4568     10:23     26 Yanvar 2022    
Müharibədən sonra İrəvanda yaşayan Karine Hambardzumyan 1998-ci ildə uşaqları ilə Gümrü şəhərindən ayrılaraq Azərbaycanın Zəngilan rayonunun Mincivan qəsəbəsində qanunsuz şəkildə məskunlaşıb.

Ordu.az xəbər verir ki, Karine Hambardzumyan müharibə zamanı aldadıldıqlarını bildirib.

“Yalnız divarları olan bir ev seçdik, xarabalıq idi. Divarlara əsaslanaraq sıfırdan tikdik, hər şeyi dəyişdik, təmir etdik və yaşadıq. Amma bədnam müharibə zamanı bizə dedilər ki, heç nə olmayacaq, sadəcə bir 3 gün çıxın, PUA-lar çıxana qədər ərazini tərk edin, sonra gəlin. Biz də bu göstərişi dinlədik, çıxdıq və geri qayıda bilmədik”, - deyə o qeyd edib.

Hambardzumyan bildirib ki, oktyabrın 12-də Mincivandan çıxıblar, əvvəlcə Qafanda bir neçə gün qalıblar, daha sonra İrəvana gediblər və bu günə qədər orada qalırlar.

“25 il işlədik, amma bir neçə dəqiqədə hər şeyi itirdik”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gümrü  


Bizi "telegram"da izləyin