2021-ci ildə Ermənistanı hava yolu ilə neçə nəfər tərk edib? – RƏQƏMLƏR

2021/04/image-1619422087.jpg
Oxunub: 696     12:40     24 Yanvar 2022    
2021-ci ilin dekabr ayında “Zvartnots” beynəlxalq hava limanında sərnişin axını 207 039 nəfər olub.

Ordu.az xəbər verir ki, gələn vətəndaşların sayı 113 550 nəfər, gedən vətəndaşların sayı 93 489 nəfər olub.

“Şirak” hava limanında sərnişin axını 13 841 nəfər olub. Gələnlərin sayı 7952, gedənlərin sayı 5889 nəfər təşkil edib.

Dekabrda gələn vətəndaşların sayı (iki hava limanının məlumatları nəzərə alınmaqla) 121 502, gedənlər isə 99 378 nəfər olub.

Yanvarda gələnlərin sayı 31 052, gedənlərin sayı isə 33 244 nəfər olub.

Fevralda gələnlərin sayı 31 901 nəfər, gedənlərin sayı 58 297 nəfər olub.

2021-ci ilin mart ayında gələnlərin sayı 42 283, gedənlərin sayı isə 74 198 nəfər olub.

Apreldə 58 978 nəfər gəlib, 75 152 nəfər gedib.

2021-ci ilin may ayında hava yolu ilə gələn vətəndaşların sayı 82 513, gedənlərin sayı 83 840 nəfər olub.

İyun ayında hava yolu ilə gələn vətəndaşların sayı 109 225, gedənlərin sayı isə 91 309 nəfər olub.

İyul ayında hava yolu ilə gələn vətəndaşların sayı 158 min 999, gedənlərin sayı isə 141 min 952 nəfər olub.

Avqustda hava nəqliyyatı ilə gələn vətəndaşların sayı 164 864, gedənlərin sayı 185 901 nəfər olub.

2021-ci ilin sentyabr ayında gələn vətəndaşların sayı 135 421, gedənlərin sayı isə 145 849 nəfər olub.

Oktyabrda gələnlərin sayı 132 283, gedənlərin sayı 133 530 nəfər olub.

Noyabrda gələn vətəndaşların sayı 107 494, gedənlərin sayı 101 188 nəfər olub.

2021-ci ildə gələn vətəndaşların ümumi sayı 1 176 515, gedənlər isə 1 223 838 nəfər olub.

Ümumilikdə 2021-ci ildə hava yolu ilə Ermənistanı tərk edən vətəndaşların sayı gələnlərin sayından 47 323 nəfər çoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Miqrasiya  


Bizi "telegram"da izləyin