Əfqanıstanda partlayış nəticəsində 6 nəfər ölüb

2021/05/afgha-1622360661.jpg
Oxunub: 665     19:47     22 Yanvar 2022    
Bu gün Əfqanıstanda törədilmiş partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli “Etilaat Roz” qəzetinin elektron versiyası mənbəyə istinadən məlumat yayıb.

İlkin məlumata görə, Herat şəhərində sərnişin avtobusu partladılıb.

Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanın regional nümayəndələri partlayış faktını təsdiqləyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin