Səfir: "Zelenski Putinlə birbaşa danışıqlara hazırdır"

2022/01/4f233-1642865039.jpg
Oxunub: 808     16:23     22 Yanvar 2022    
“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa hazırdır”.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik “Handelsblatt” nəşrinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Volodimir Zelenski istənilən vaxt Vladimir Putinlə birbaşa danışıqlar aparmağa hazır olsa da, Moskva Kiyevin uzatdığı əllərdən imtina edir.

A.Melnik bildirib ki, Almaniya kansleri Olaf Şols Donbas üzrə “Normand formatının” (Rusiya, Almaniya, Fransa və Ukrayna) bərpasını şəxsən istəməlidir. O, Almaniya hökuməti və müxalifətini Ukraynaya müdafiə silahı tədarük etməsi məsələsinə yenidən baxmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin