ABŞ-dan yeni hesabat: Qarabağ müharibəsinin yenidən başlanması ehtimalı orta səviyyədədir

2021/03/b630c-1614673927.jpg
Oxunub: 3937     15:07     22 Yanvar 2022    
Bu günlərdə Xarici Əlaqələr Şurasının Preventiv Fəaliyyət Mərkəzi qlobal münaqişələri araşdıran, onların bu il alovlanma ehtimalını, habelə onların əhəmiyyətini və bu kontekstdə ABŞ maraqlarına təsirini qiymətləndirən “Preventiv Prioritetlər - 2022” mövzusunda hesabat dərc edib. Hesabatın məqsədi xarici siyasətin inkişafında ABŞ administrasiyasına kömək etməkdir.

Hesabat münaqişələri üç qrupa və ya təsir səviyyəsinə bölür - yüksək, orta və aşağı prioritetlər. Münaqişələrin əhəmiyyəti və onların Amerika maraqlarına təsiri sorğular və tədqiqatlar vasitəsilə müəyyən edilir. 11 000-dən çox ABŞ rəsmisi, xarici əlaqələr üzrə ekspert, analitik və mütəxəssislər üç səviyyəli miqyasda konkret münaqişəni sıralayan sorğuda mərkəzin verdiyi suallara cavab verirlər.

Mərkəzin hesabatında Ermənistanla Azərbaycan arasındakı münaqişə də yer alıb və ona görə, Türkiyə ilə Rusiya arasında gərginliklə müşayiət olunan Qarabağ müharibəsi yenidən başlaya bilər. Hesabata görə, gərginliyin artması ehtimalı orta səviyyədədir, lakin bu, ABŞ-ın maraqlarına az təsir edir və ölkə üçün strateji əhəmiyyət kəsb etmir.

Hesabata görə, ABŞ üçün ən mümkün və əhəmiyyətli münaqişələr və hadisələr arasında Əfqanıstan, Haiti, Livan, Venesueladakı vəziyyətlər, Çin və Tayvan münasibətləri, İsrail və İran arasında mümkün münaqişə, Şimali Koreyadakı raket sınaqları, həmçinin Rusiya-Ukrayna sərhədində gərginlik, Ukraynanın şərqində vəziyyətin gərginləşməsi var.

Orta təsir, ehtimal və əhəmiyyətə malik qrupa Efiopiya və Yəməndə artan gərginlik, Çin və Hindistan arasında sərhəd mübahisələri, Kəşmirdəki vəziyyət, İsrail-Fələstin münaqişəsi, Suriya, Türkiyə ordusu ilə PKK terrorçuları arasında toqquşmalar daxildir. Eyni qrupa, az ehtimalla, Cənubi Çin dənizində ABŞ və Çin arasında fikir ayrılıqları və ABŞ-a qarşı terror hücumları daxildir.

Üçüncü qrupa Qarabağ müharibəsindən əlavə, Bosniya və Herseqovinada separatizmin artması, Kamerunda siyasi qeyri-sabitlik, Efiopiya və Sudan arasında mümkün ərazi mübahisəsi, Liviya, Mozambik, Myanma, Nigeriya, Somalidəki vəziyyətlər, o cümlədən Əlcəzair və Mərakeş arasında Qərbi Sahara ətrafında fikir ayrılıqları daxildir.

Hesabatın dərcindən sonra on dörd il ərzində ilk dəfə olaraq xarici terror təşkilatlarının ABŞ-a çoxlu sayda itki ilə birbaşa hücumu birinci qrupa daxil edilmir. Sorğuda iştirak edən ekspertlərin əksəriyyətinin fikrincə, 2022-ci ildə belə bir hücumun olma ehtimalı orta səviyyədədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qarabağ  


Bizi "telegram"da izləyin