Lavrov-Blinken görüşü nə ilə nəticələndi? – İCMAL

2022/01/55-1642849746.jpg
Oxunub: 1058     16:00     22 Yanvar 2022    
Yanvarın 21-də İsveçrənin Cenevrə şəhərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş baş tutub.

Lavrov-Blinkün görüşü Rusiya-Qərb danışıqlarının indiki mərhələsinin, iki həftə ərzində müxtəlif formatlarda və müxtəlif səviyyələrdə fəal şəkildə davam edən danışıqların kulminasiya nöqtəsi sayıla bilər.

Həmin danışıqlar bir anda dalana dirənib. Bu danışıqlar geniş ictimaiyyət üçün açıqdır. Aydındır ki, onlarda irəliləyiş əldə etməyin və ya hansısa köklü müsbət dəyişiklikləri gözləməyin mənası yox idi. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov da mətbuat konfransında deyib. O, Rusiya tərəfinin müsbət dəyişiklik deyil, təhlükəsizlik təminatları ilə bağlı təqdim etdiyi suallara cavab gözlədiyini vurğulayıb. Blinken də öz növbəsində bu danışıqları gərginliyin azaldılması baxımından son dərəcə əhəmiyyətli olaraq qiymətləndirib.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında Lavrov Rusiya tərəfinin təhlükəsizlik zəmanətləri ilə bağlı suallara yalnız şifahi cavab eşitdiyini və görüşün ABŞ-a yazılı cavablar hazırlamasına kömək edəcəyini bildirib. Əslində Qərbin Ukraynanı bu danışıqlarda təməl daşı kimi təqdim etməyə çalışdığını deyə bilərik. Lavrov deyib ki, NATO Ukraynaya təsir dairəsi kimi baxır. O, eyni zamanda vurğulayıb ki, Rusiya heç vaxt və heç yerdə heç bir rəsmi vasitəsi ilə Ukraynanı rəsmi şəkildə işğal edəcəyi ilə hədələməyib, Ukrayna prezidenti özünə həddən artıq güvənir və Rusiya-Amerika münasibətləri indi Zelenskinin özünü necə hiss etməsindən asılıdır.

Yeri gəlmişkən, bu danışıqlardan əvvəl Blinken alman, fransız və britaniyalı həmkarları ilə görüşüb, Moskvanın hərəkətlərinin cavab tələb edəcəyi vəziyyətdən asılı olaraq alyansın birliyi ilə bağlı narahatlığı dağıtmağa çalışıb. Qərb hələ də Rusiyanın Ukraynaya hərbi müdaxilə edə biləcəyindən qorxur. Bu ümumi vəziyyətdə, gələn həftə Amerika tərəfinin hansı yazılı cavablar təqdim edəcəyindən asılı olaraq, bu danışıqlar marafonunun sonrakı gedişatı müəyyənləşəcək və xüsusilə Lavrov tərəfindən bu görüş aralıq olaraq qiymətləndirdiyinə görə, daha bir görüş keçirilə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Blinken  


Bizi "telegram"da izləyin