Ordu.az xəbər verir ki, bunu erməni kartoqraf və coğrafiyaşünas Ruben Qaliçyan deyib.
Onun sözlərinə görə, delimitasiya və demarkasiya işləri zamanı ərazilər müzakirə olunmalıdır.
“Və iddia etmək lazımdır ki, biz 1920-ci illərin xəritələrinə qayıtmalıyıq. Amma burada başqa problem yaranır, Azərbaycan deyir ki, biz müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik, Sovet Azərbaycanının yox”, - deyə Qaliçyan qeyd edib.
O bildirib ki, ermənilər ruslara arxalana bilməzlər: “O anklavları Azərbaycana Rusiya verib, indi niyə görə geri alsın? Ruslara arxalana bilmərik”.
Alpər Mövludoğlu
Ordu.az