Keçmiş erməni səfir: “Konstitusiyaya dəyişikliklər sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlıdır”

2022/01/timth-1642849197.jpg
Oxunub: 620     12:24     24 Yanvar 2022    
“Konstitusiya dəyişikliyi prosesi ilə bağlı Nikol Paşinyanın öz fikri yoxdur”.

Ordu.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, bu ölkənin Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib.

Onun sözlərinə görə, Paşinyan sadəcə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin proqramını və birbaşa tapşırığını yerinə yetirir.

“İlham Əliyev 2021-ci ilin aprelində müsahibələrindən biri zamanı demişdi ki, ermənilər öz ərazi istəklərindən imtina etməli və konstitusiyalarını dəyişməlidirlər”, - deyə Qazaryan qeyd edib.

Keçmiş erməni səfir vurğulayıb ki, konstitusiyaya dəyişikliklər prosesi sülh sazişinin imzalanması və onun ratifikasiyası ilə bağlıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin