Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin deputatı Artur Qazinyan yazıb.
Onun sözlərinə görə, insani, siyasi və peşəkar nöqteyi-nəzərdən hökumətyönlü deputatların davranışı, danışığı və söz ehtiyatı kəskin şəkildə qınanılandır.
“Onlar əxlaq və etikanın yol verilən hədlərini aşırlar, bu, əvvəl jurnalistikada, sonra isə siyasətdə adekvat qiymətləndirilməlidir. Ermənistan diktaturanın qurulmasının yeni mərhələsinə qədəm qoyur”, - deyə Qazinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az