Ordu.az xəbər verir ki, bunu erməni tarixçi Arşavir Qasparyan deyib.
Onun sözlərinə görə, Ermənistanın da ilkin şərtləri olmalıdır.
“Diplomatiya elə bir prosesdir ki, burada hər bir detal çox önəmlidir, ikinci dərəcəli şeylər yoxdur. İndi münasibət qurmaq üçün doğru vaxtdırmı? Bizim milli, həyati mənafelərimiz birinci yerdə olmalıdır”, - deyə Qasparyan qeyd edib.
Beynəlxalq məsələlər üzrə erməni ekspert Davit Karapetyan vurğulayıb ki, ilkin şərtsiz termini artıq şərtdir, lakin pərdəarxası razılaşmaların necə olacağı sualı var.
“Türkiyə bir güllə ilə iki dovşan vurur, vaxt gələcək və biz əmin olacağıq ki, Azərbaycanın marağını da irəli aparacaq. Türkiyə iqtisadiyyatından asılı olduğumuz faktdır”, - deyə Karapetyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az