Ordu.az xəbər verir ki, bu barədə rus siyasi analitik Stanislav Tarasov yazıb.
Tarasov qeyd edir ki, Bakı məhz bu məsələni Qarabağ müharibəsinin ikinci mərhələsindən sonra, 7 rayonun nəzarəti altına keçməsindən sonra iki ölkə arasında sərhədin birbaşa Zəngəzur və Göyçə bölgələrinin yanından keçməyə başlamasından sonra daha da gücləndirib.
“Bu məsələ ötən il noyabrın sonunda Soçidə Rusiya, Azərbaycan, Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli danışıqlar zamanı müzakirə olunub. Daha sonra tərəflər sərhədlərin müəyyən edilməsi və sonrakı demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Eyni zamanda, Moskvaya məsləhətçi tərəf rolu həvalə edilib”, - deyə o bildirib.
Rus analitik vurğulayıb ki, bənzər məsələ 2021-ci il dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Paşinyan arasında danışıqlar zamanı da qaldırılıb.
“İndi tərəflər belə komissiyaların yaradılması şərtlərini müzakirə edirlər, İrəvanda isə Bakıdan yazılı cavab gözləyirlər. Amma biz hesab edirik ki, tərəflərin Lavrovun elan etdiyi mövqelərdən geri çəkiləcəyi ehtimalı azdır”, - deyə Tarasov bildirib.
Alpər Mövludoğlu
Ordu.az