Erməni deputat: “Böhran əleyhinə düstur Türkiyə və Azərbaycanla münasibətlərin istiləşməsidir”

2021/12/fghgf-1638872813.jpg
Oxunub: 1046     16:38     22 Yanvar 2022    
“Yeni Rusiya-Qərb qarşıdurması şəraitində Çin, Rusiya və İranın birgə hərbi təlimləri elan edilib”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

Onun sözlərinə görə, bundan əvvəl Rusiya və Çin hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün yeni yol xəritəsi hazırlayıblar ki, burada hərbi sahədə yeni irəliləyişlərin təfərrüatları, atılacaq addımlar əksini tapıb.

“İnkişaf planı 2025-ci ilə qədər nəzərdə tutulub. İran prezidentinin Rusiyaya səfəri çərçivəsində İrana veriləcək 5 milyard kredit bəyan edildi. Həmin məbləğin böyük hissəsinin Rusiyanın Su-35-nin tədarüklərinə ayrılacağı rəsmən qeyd edilir. Kreditin qalan hissəsinin yeni hərbi nailiyyətlərə xərclənəcəyi güman edilir”, - deyə Abrahamyan vurğulayıb.

Erməni deputat bildirib ki, Ermənistan hakimiyyətinin böhran əleyhinə düsturu Türkiyə və Azərbaycanla münasibətlərin istiləşməsi, münaqişələrin “həll edilməsi”dir ki, bu da yeni faciə gətirəcək: “Rusiya-İran-Çin üçlüyü ilə işləmək, xüsusən də yeni Türkiyə-Azərbaycan fəaliyyətinə və ya mümkün aktivliyinə qarşı durmaqla bağlı Ermənistan üçün hansı əməkdaşlıq cəbhəsi olduğunu söyləməyin mənası yoxdur, çünki Ermənistan hakimiyyətinin böhran əleyhinə düsturu Türkiyə və Azərbaycanla münasibətlərin istiləşməsi və buna görə münaqişələrin “həll edilməsi”dir ki, bu da yeni faciə gətirəcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   Türkiyə  


Bizi "telegram"da izləyin