“Bizim dövrümüzdə dərhal KTMT-yə müraciət etmək biabırçılıq idi” - Ohanyan

2021/08/timth-1630310222.jpg
Oxunub: 900     15:07     22 Yanvar 2022    
“Nikol Paşinyan hakimiyyətə gələnə qədər KTMT-nin hərbi komponentinin inkişafı istiqamətində kifayət qədər ciddi işlər görülüb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın hakimiyyəti dövründə məsələ Ermənistana aid olanda hakimiyyət nümayəndələri müzakirələrdən başqa bir iş görməyiblər, məsələ digər sektorlara, Qazaxıstana aid olanda isə bu mexanizm dərhal işə düşüb.

Sabiq müdafiə naziri deyib ki, bu zaman Nikol Paşinyanın gördüyü iş sadəcə olaraq texniki iş olub.

“Bizim dövrümüzdə Azərbaycanın fəaliyyəti halında dərhal KTMT-yə müraciət etmək belə biabırçılıq idi”, - deyə Ohanyan qeyd edib.

Ohanyan vurğulayıb ki, Qarabağ müharibəsindən əvvəl və sonra ən mühüm məsələlərdən biri cəmiyyətdaxili parçalanma olub və olmaqda davam edir: “Və bu məsələdə indiki siyasi qüvvənin böyük rolu var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ohanyan  


Bizi "telegram"da izləyin