ABŞ Çinin müdafiə şirkətlərinə sanksiya tətbiq edib

2022/01/D6LAI-1642839598.jpg
Oxunub: 955     16:25     22 Yanvar 2022    
ABŞ Çinin 3 müdafiə şirkətinə sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, onlar qanunsuz raket ixracatında ittiham edilir.

Şirkətlərə ABŞ bazarlarına giriş və silah istehsalı üçün istifadə edilə bilən texnologiya əldə etmək qadağan edilib.

Sanksiyalar tətbiq edilən şirkətlər bunlardır: “China Aerospace Science and Technology Corp. First Academy”, “China Aerospace Science and Industry Corp. Fourth Academy” və “Poly Technologies” və oların törəmələri.

“China Aerospace Science and Industry Corporation” dünyanın 11-ci, “China Aerospace Science and Industry Corp” isə dünyanın 18-ci ən böyük müdafiə şirkəti hesab edilir.

Çin sanksiyaları qəti şəkildə pisləyib və etiraz edib: “Çin ABŞ-ı səhvlərini dərhal düzəltməyə, müvafiq sanksiyaları ləğv etməyə və Çin müəssisələrini sıxışdırmağa çağırır”.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2016-2020-ci illərdə dünya silah ixracının təxminən 5%-i Çinin payına düşüb. Birləşmiş Ştatlar 2016-2020-ci illərdə ümumi ixracatın 37%-ni təşkil edərək ən böyük qlobal ixracatçı olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin