Belçika müdafiə üçün əlavə büdcə ayırıb

2022/01/df-1642839548.jpg
Oxunub: 643     17:01     24 Yanvar 2022    
Belçika hökuməti ölkənin müdafiəsini gücləndirmək üçün əlavə büdcə ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə “De Standaard” nəşri yazıb.

Ayrılan əlavə vəsait helikopterlərin alınmasına, personal və rəqəmsal mühafizəyə xərclənəcək.

Büdcə gələn həftə Nazirlər Şurasında müzakirə olunacaq. Belçikada 2030-cu ilə qədər müdafiə xərcləri ölkənin ÜDM-nin 1,54%-nə yüksələcək.

Əvvəlki müdafiə planlarına yüzlərlə yeni hərbi maşınlar, PUA-lar və yeni F-35 qırıcı təyyarələrinin alınması daxildir. Bunun üçün 9,2 milyard avro ayrılıb. Əlavə büdcənin 3 milyard olması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Büdcə  


Bizi "telegram"da izləyin