Nigeriyaya məxsus JF-17-lər naməlum PUA-ların qarşısını alıb

2022/01/captu-1642839410.jpg
Oxunub: 1278     22:15     22 Yanvar 2022    
Nigeriya Hərbi Hava Qüvvələri bu gün JF-17 qırıcılarını hava məkanında naməlum Pilotsuz Uçan Aparatının (PUA) qarşısını almaq üçün havaya qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, bir həftə ərzində baş verən ikinci belə hadisədir.

Müdafiə Nazirliyi tvitter hesabında yazıb ki, PUA JF-17-nin havaya qalxmasından sonra Nigeriya hava məkanından şimala doğru hərəkət edib.

Nigeriya bir müddət əvvəl Pakistandan JF-17 “Thunder” çoxməqsədli döyüş təyyarəsi alıb. Bunlar hava-hava və hava-yer döyüş qabiliyyəti ilə təchiz edilmiş 4,5-ci nəsil döyüş təyyarəsidir. Müxtəlif bombaları və raketləri yerləşdirmək üçün səkkiz qanad altında asqı nöqtələrinə malikdir.

Nigeriya rəsmiləri bildirir ki, JF-17 “Thunder” çoxməqsədli təyyarəsi ölkədə qiyam, silahlı banditizm və cinayətin digər formalarına qarşı davam edən mübarizəyə təkan verəcək

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   JF-17  


Bizi "telegram"da izləyin