Rusiyanın “Suxoy” və MiQ şirkətləri birləşdirilib

2022/01/i0kb3-1642839333.jpg
Oxunub: 990     15:31     22 Yanvar 2022    
Rusiyanın dövlətə məxsus Birləşmiş Təyyarə Korporasiyasının səhmdarları təyyarə istehsal edən “Suxoy” və MiQ şirkətlərinin birləşdirilməsinə qərar veriblər.

Ordu.az xəbər verir ki, bu barədə Korporasiyanın mətbuat xidməti məlumat yayıb.

Səhmdarlar şirkətlərin birləşdirilməsi şəklində yenidən təşkilinin lehinə səs verib.

“Suxoy” və MiQ şirkətlərinin idarə edilməsinin mərkəzləşdirilməsinə daha əvvəl başlanılmışdı. Belə ki, MiQ-in icra orqanının (SEO) funksiyaları “Suxoy”da, “Suxoy”un icra orqanının funksiyaları isə Birləşmiş Təyyarə Korporasiyasında idi.

Bir neçə ay ərzində bir sıra prosedurlardan keçdikdən sonra bu üç şirkət bir təşkilata çevriləcək. Nəticədə, Birləşmiş Təyyarə Korporasiyası təkcə korporativ mərkəz deyil, həm də istehsal və dizayn ofislərini birbaşa idarə edən, aviasiya proqramlarını həyata keçirən və qabaqcıl avadanlıqları inkişaf etdirən əməliyyat şirkəti olacaq. Beləliklə, korporasiyada üçsəviyyəli korporativ idarəetmə strukturundan ikipilləli korporativ idarəetmə strukturuna planlı keçidə start verilib. Eyni zamanda, “Suxoy” və MiQ brendlərinin qalacağı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suxoy  


Bizi "telegram"da izləyin