Ordu.az “The Defense Post” nəşrinə istinadən xəbər verir ki, yeni təyyarələr hazırda havadan erkən xəbərdarlıq missiyaları üçün istifadə edilən “Boeing” istehsalı “707 Condor”u əvəz edəcək.
“707 Condor” təyyarələri 1990-cı ildən istifadə edildiyi üçün istismar müddətini başa vurur.
Təyyarənin bu il Çiliyə çatması gözlənilir, üç təyyarədən biri ehtiyat hissələri üçün istifadə olunacaq.
Britaniya Hərbi Hava Qüvvələri sonuncu E-3D-ni 2021-ci ilin sentyabrında istismardan çıxarıb. Böyük Britaniya gələn il istifadəyə veriləcək üç E-7 təyyarələrindən istifadə etməyə başlayacaq.
E-3D dörd CFM 56-2A-3 mühərriki ilə işləyir və 18 saata qədər uça bilir. Təyyarə 3,200 kilometr (1,988 mil) mənzilə malikdir.
Təyyarələr 29.000 fut (8.839 metr) hündürlükdə uça bilir və AN/APY-2 müşahidə radarı ilə hava və yerüstü təmasları aşkar etmək və “hava-hava” raketləri daşımaq qabiliyyəti üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az