Ordu.az xəbər verir ki, bu dəfə mərkəzin bir qrupu Xocavənd rayonu istiqamətində "N" hərbi hissəsinin ön xətt döyüş mövqelərində əsgərlərlə görüşüb.
Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bu tədbirdə müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim olunub.
"Əsgərə məktub" layihəsi çərçivəsində hərbi qulluqçulara çatdırılan məktublar onların böyük marağına səbəb olub. Onlar məktubların müəlliflərinə minnətdarlıqlarını bildiriblər.
Sonda şəxsi heyətə vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.
Ordu.az