Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında konfrans keçirilib

2022/01/1dd7f-1642837144.jpg
Oxunub: 720     12:59     22 Yanvar 2022    
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər" mövzusunda növbəti konfrans keçirilib.

Ordu.az xəbər verir ki, təşkilatın sədri Fatma Səttarova konfransı açıq elan etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı çıxış edərək Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük qələbəsindən, xalq-ordu birliyindən, işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb.

Sonra konfransın mövzusu ətrafında veteranlar çıxış edərək fikirlərini söyləyiblər. Veteran və qazilərin döyüş meydanında olduğu kimi, cəmiyyətdə də nümunəvi olmalarının vacibliyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin