ABŞ Ukraynaya Mi-17 helikopterləri verəcək

2021/07/asas-1626940503.jpg
Oxunub: 757     11:07     22 Yanvar 2022    
ABŞ Ukraynaya Əfqanıstan Hərbi Hava Qüvvələrinin helikopterlərini verəcək

Ordu.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Cen Psaki "The Washington Post"a Ukraynaya Mi-17 helikopterlərinin veriləcəyini təsdiqləyib.

Bundan əvvəl ABŞ-ın hərbi yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə beş Mi-17V5 və bir Mi-8MTV helikopteri göndərəcəyi bildirilirdi.

Helikopterlərin ilk partiyasının bu ilin yazında Ukraynaya çatacağı gözlənilir.

Qeyd olunur ki, ümumilikdə 60-dan çox hərbi təyyarə Əfqanıstandan çıxarılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin