Belarus Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopteri təcili eniş edib

2020/06/Mil-M-1593239025.jpg
Oxunub: 864     09:51     22 Yanvar 2022    
Belarus Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 döyüş helikopteri təcili eniş edib.

Ordu.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Müəyyən edilmiş uçuşların yerinə yetirilməsi zamanı Mi-24 helikopterinin ekipajı bortun enerji blokunda nasazlıqlar aşkarlayıb. Pilot yerə təcili eniş etmək qərarını verib. Ekipaj üzvlərindən xəsarət alan olmayıb”, - məlumatda bildirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Mi-24  


Bizi "telegram"da izləyin