Blinken Cenevrədə Lavrovla keçirdiyi görüşün nəticələri barədə Kulebanı məlumatlandırıb

2022/01/ae8b5-1642788288.jpg
Oxunub: 652     21:52     21 Yanvar 2022    
ABŞ dövlət katibi Entoni Blinken bu gün Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşün yekunları barədə Ukrayna xarici işlər naziri Dmitri Kulebanı məlumatlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri "Twitter"də bildirib.

"Telefon danışığımızda ABŞ dövlət baş katibi Blinken Berlində və Cenevrədə keçirdiyi görüşlərin nəticələri barədə məni məlumatlandırdı. Bizim davam edən yaxın koordinasiyamıza görə minnətdaram.

Biz, həmçinin, Ukraynanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsi barədə müzakirələr apardıq.

Rusiya ilə diplomatik təmasların aktiv qaldığını bilmək yaxşıdır", nazir Kuleba bildirib.

Xatırladaq ki, bu gün Cenevrədə ABŞ və Rusiyanın top diplomatları arasında görüş olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin