"Bloomberg": ABŞ Ukraynadakı diplomatların ailələrini təxliyə etməyi düşünür

2022/01/ba947-1642780840.jpg
Oxunub: 595     19:39     21 Yanvar 2022    
"ABŞ yaxın günlərdə Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrini təxliyə edə bilər".

Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Plana əsasən, səfirlik əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi gözlənilir.

Diplomatik missiyanın işi üçün vacib funksiyaları yerinə yetirməyən işçilər də ölkəni tərk edə biləcəklər, lakin getmə qərarını özləri verəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin