Azərbaycanda hərbi cinayətlər azalıb

2021/10/Xanla-1633065657.jpg
Oxunub: 734     15:17     21 Yanvar 2022    
"Aidiyyatı dövlət orqanları ilə birgə səmərəli fəaliyyət nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 % azalıb".

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

Onun sözlərinə görə, həmçinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 %, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25,0 % azalma var.

Bundan əlavə, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 %, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 %, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 % və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25,0 % azalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi   Cinayət  


Bizi "telegram"da izləyin