Blinkenlə Lavrovun görüşü başa çatıb - YENİLƏNİB

2021/12/78248-1638445947.jpg
Oxunub: 880     15:37     21 Yanvar 2022    
İsveçrənin Cenevrə şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başa çatıb.

Ordu.az xəbər verir ki, danışıqlar 1,5 saat davam edib.

****
İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

Ordu.az xəbər verir ki, təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək görüşlərdə Rusiya ilə ABŞ və NATO münasibətləri, Ukraynada vəziyyət, Moskvanın NATO-nun təhlükəsizlik təminatı ilə bağlı verdiyi təkliflər və s. müzakirə ediləcək.

Danışıqlardan sonra Lavrov və Blinkenin ayrı-ayrılıqda media nümayəndələri üçün brifinq keçirəcəyi elan olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin