Kremldəki görüşə, ən azı açıq hissəsinə ABŞ-Rusiya danışıqları, Ukrayna ətrafında vəziyyətin daxil edilib-edilmədiyi olduqca maraqlıdır.
Təbii ki, Rusiya-İran münasibətləri bir sıra reallıqları nəzərə alaraq, region üçün həssas mövzudur. Bu mənada İran və Rusiya prezidentlərinin görüşün açıq hissəsində Qafqaza toxunmamaları diqqət çəkir. Hər şübhəsiz ki, Qafqazın ümumi müzakirələrdə olması şübhə doğurmur. Lakin onun açıq sahədə olmaması da yanaşmalarla bağlı problemlərin olduğunu göstərir.
O zaman sual yaranır ki, bu, Qafqazda necə əks olunacaq?
Maraqlıdır ki, Rusiyanın İranla bağlı regional siyasəti sonuncunun ABŞ-la danışıqlarda şübhəli yanaşmaları kontekstində nəzərdən keçirilir. Eyni zamanda, Tehranın yanvarın 14-də Moskvada ilk görüşü baş tutan Ermənistan-Türkiyə prosesinə həmin məntiqlə baxması da istisna edilmir.
Moskvanın da öz növbəsində İran və Çin arasında əməkdaşlığa, xüsusən də təxminən 500 milyard dollarlıq investisiya perspektivini nəzərdə tutan 25 illik müqaviləyə dair “şübhələri” mövcuddur.
Asif Cəfərov
Ordu.az