Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan bildirib.
“Atom stansiyasının gələcək şəxsi heyəti harada və nə zaman təlim keçəcək?” sualına Martirosyan belə cavab verib: “Rusiyada, məhz Rusiyada”.
O qeyd edib ki, fəaliyyətdə olan Ermənistan AES-in resursu 2026-cı ilə qədər uzadılıb, bundan sonra ikinci dəfə daha 10 il uzadılacaq.
Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru vurğulayıb ki, yeni stansiyanın tikintisi təxminən 10-12 il çəkəcək.
Alpər Mövludoğlu
Ordu.az