Qondarma qurumda soros “idarəçiliyi”? – Rus sülhməramlıların mövqeyi maraqlı olacaq

2021/10/16-1634289368.jpg
Oxunub: 1043     17:36     21 Yanvar 2022    
Müharibədən dərhal sonra düşündükləri ssenarini indi Qarabağda həyata keçirmək qərarına gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Məsələ ondadır ki, “hakimiyyətə müxalifət və keçmiş prezidentlər”, digər təcrübəli kadrlar da cəlb olunmalıdır. Ötən gün Arayik Harutyunyan (qondarma qurumun “rəhbər”i - red.) “icra və qanunvericilik orqanlarının rəhbərliyi” ilə məsləhətləşmələr keçirib, “fraksiya”ların rəhbərləri də iştirak ediblər və Harutyunyan “hökuməti qeyri-hökumət nümayəndələri” ilə doldurmaq niyyətində olduğunu bəyan edib. Proses gələn həftə başlayacaq. Bir sıra üzvlər istefaya göndəriləcək, “müxalifət”in texnokrat adlandırılan kadrları təyin olunacaq. Təbii ki, Samvel Babayan və onun partiyası Paşinyanın göstərişi ilə Qarabağda “dövlət çevrilişi”ndə iştirak edərək büdcəni uğursuz etməyə və impiçmentə başlamağa çalışdıqları üçün prosesdə iştirak etməyəcəklər. Ötəngünkü görüşdə Babayanın partiya yoldaşları iştirak etsəıər də, bunun simvolik olduğunu deyirlər. Belə ki, onlar “hökumət”də təmsilçi irəli sürə bilməyəcəklər. Və mexanizm aşağıdakı kimi olacaq. “Parlament” qüvvələri istənilən sferanın rəhbəri vəzifəsinə namizəd irəli sürəcək, onun vəzifə tutmağa qadir olduğunu əsaslandıracaq və Harutyunyanla birgə müzakirə nəticəsində təyin olunacaq. “Müxalifət qüvvələri”nin bəzi yerlərdə ortaq namizədlər irəli sürəcəyi istisna edilmir", - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Harutyunyan ətrafında həmrəylik mühiti yaratmağa çalışır və hətta küçənin narazı hissəsini təmsil edən məşhur sorosçuları da vəzifəyə gətirməyə hazırdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Rus-sülhməramlılar   Mövqe  


Bizi "telegram"da izləyin