“Əsirlikdən qayıdan hərbi qulluqçunun həbs edilməsi xəsarətlə bir araya sığmır” - Abrahamyan

2021/10/26256-1633941465.jpg
Oxunub: 666     10:54     22 Yanvar 2022    
“Sabah saat 14:00-da vəkil Ara Karapetyanın vasitəçiliyi ilə hərbi qulluqçu Aren Aramyanın həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmə iclası keçiriləcək”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

Onun sözlərinə görə, hərbi qulluqçu Aramyan 2021-ci il noyabrın 16-da baş verən qarşıdurma nəticəsində yaralanan, sonra əsir götürülən, Ermənistana qayıtdıqdan sonra həbs edilən hərbi qulluqçulardan biridir.

“Aren Aramyan 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin iyul hadisələrində, 2020-ci ilin 44 günlük müharibəsində döyüş əməliyyatlarında iştirak edib, buna görə komandanlıq tərəfindən ona dövlət mükafatı təqdim edilib”, - deyə erməni deputat bildirib.

Abrahamyan qeyd edib ki, əsirlikdən qayıdan hərbi qulluqçunun həbs edilməsi xəsarətlə bir araya sığmır, ayağının amputasiyası riski var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsir   Abrahamyan  


Bizi "telegram"da izləyin