Səadət Yusifova: "Zəfərimiz Azərbaycanın milli kimliyini formalaşdıran başlıca amilə çevrilir"

2022/01/44555-1642755255.jpg
Oxunub: 590     12:53     21 Yanvar 2022    
Zəfər.az saytının logosu özündə üç elementi əks etdirir. Onlar birləşərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər hər birimizin qələbəsidir. Vahid ideya, vahid amal uğrunda dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının milli qürurunun, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır.

Ordu.az xəbər verir ki, bu sözləri zəfər.az saytının təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindəki Zəfərimiz müasir Azərbaycanın milli kimliyini formalaşdıran başlıca amilə çevrilir: "Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycanın milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır, xalqımızın özünəinamını bərpa edən, onu özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir".

Səadət Yusifova xalqımızın Zəfər salnaməsinin yaddaşlara köçürülməsi, Zəfərin tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “Zəfər” saytının, bundan əvvəl isə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “Memorial.az” saytının yaradıldığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səadət-Yusifova   Zəfər  


Bizi "telegram"da izləyin