“Vikipediya”da şəhid jurnalist Məhərrəm İbrahimovla bağlı səhifə yaradılıb

2022/01/cf555-1642755146.jpg
Oxunub: 484     12:38     21 Yanvar 2022    
“Vikipediya”nın Azərbaycan dil bölməsində şəhid jurnalist Məhərrəm İbrahimovla bağlı səhifə yaradılıb.

Bunu Ordu.az-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.

Onun sözlərinə görə, məqaləni “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri hazırlayıb.

Məqalədə şəhid jurnalistin həyat və fəaliyyəti öz əksini tapıb. Məqalə etibarlı istinadlarla zənginləşdirilib.

Xatırladaq ki, "Susuzluq kəndi yaxınlığında partlayış" adlı məqalə də “Vikipediya”nın rus, ingilis, yunan, italyan, ərəb, fransız və digər dil bölmələrində yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-jurnalist   Vikipediya  


Bizi "telegram"da izləyin