Ermənistanda hərbi qulluqçular məzuniyyətə buraxılmır - Qaydalar sərtləşdirilib

2018/12/15041-1545914415.jpg
Oxunub: 906     16:39     21 Yanvar 2022    
Ermənistan hökuməti yanvarın 20-də keçirilən iclas zamanı daha öncə qəbul edilmiş qərarda dəyişiklik edib.

Ordu.az xəbər verir ki, edilən dəyişikliyə əsasən, erməni hərbi qulluqçular PCR testinin verilməsi və ya koronavirusa qarşı peyvənd olunma halında məzuniyyətə gedə və görüşmələr edə bilərlər.

Ermənistan səhiyyə naziri Anahit Avanesyan iclasda qeyd edib ki, ölkədə koronavirus hələ də kifayət qədər yüksək dalğadadır.

“Lakin biz epidemik vəziyyətin yumşaldılmasına qarşı mübarizə aparmaq üçün alətlər qəbul edərək mövcud həyatımızı davam etdirməliyik. Payızda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Silahlı Qüvvələrə və cəzaçəkmə müəssisələrinə məzuniyyət və səfərlərlə bağlı proseslər dayandırılıb. Və bu qərara dəyişiklik etməklə biz indi bu qurumların epidemiya əleyhinə rejimin məhdudiyyətlərini saxlamaqla fəaliyyət göstərmələrinə şərait yaradırıq. Bunlar PCR testinin mümkünlüyü, tam vaksinasiya halıdır. Və bu şərtlərə əməl olunması nəticəsində silahlı qüvvələrimizin hərbi qulluqçuları məzuniyyətə çıxa və görüşmələr edə bilərlər. Eyni məntiqlə yuxarıda qeyd olunan qaydalara ciddi riayət olunmaqla cəzaçəkmə müəssisələrinə başçəkmə prosesi bərpa olunacaq”, - deyə Avanesyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Koronavirus  


Bizi "telegram"da izləyin