Ordu.az xəbər verir ki, bunu Aramyanın vəkili Ara Karapetyan bildirib.
Onun sözlərinə görə, vəsatət birinci instansiya məhkəməsinə yeni halların meydana çıxması əsasıyla verilib.
Erməni vəkil vurğulayıb ki, Aramyanın ayağının amputasiya edilməsi (Azərbaycanda iki dəfə əməliyyat olunub – red.) təhlükəsi var.
“İbtidai istintaqın başa çatması ilə bağlı bizə məlumat verildi. Bundan başqa, dünən həkimlər Aren Aramyana məlumat veriblər ki, belə davam edərsə, onların amputasiyaya gedəcəyi istisna edilmir. Yalnız medianın və deputat Tiqran Abramyanın istinadından sonra dünən və bu gün araşdırma aparıblar. Tibbi ekspertizanın yazılı cavablarını da gözləyirik”, - deyə Karapetyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az