Erməni politoloq təşvişdə: ““Güzgü variantında geri çəkilmə” ilə Şurnuxu ermənilərdən boşaldılacaq”

2022/01/QIcqH-1642750424.jpg
Oxunub: 1033     11:27     22 Yanvar 2022    
“Ermənistan Silahlı Qüvvələrinin təmas xəttindən güzgü variantında geri çəkilməsi sadəcə olaraq qəbuledilməz və yolverilməzdir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, erməni politoloq Alvina Ağababyan yazıb.

Onun sözlərinə görə, Qafan şəhərinin düz girişində yerləşən Qafan hava limanı indiki təmas xəttindən cəmi 50-100 metr aralıdadır.

“Qafan şəhəri. Şəhərin düz girişində yerləşən Qafan hava limanı indiki təmas xəttindən cəmi 50-100 metr aralıdadır. “Güzgü variantında geri çəkilmə” halında, qoşunlarımız hara qədər geri çəkiləcək?

Xnatsax kəndi. İndiki təmas xəttindən təxminən 200-300 metr aralıdadır. “Güzgü variantında geri çəkilmə” halında bizim qoşunlar nə qədər uzağa çəkiləcək, harada yerləşdiriləcək?

Kornidzor kəndi. İndiki təmas xəttindən təxminən 500 metr aralıdadır. “Güzgü variantında geri çəkilmə” halında bizim qoşunlar hara qədər geri çəkiləcək?

Şurnuxu kəndi. İndiki təmas xətti kəndin ərazisindən keçir. “Güzgü variantında geri çəkilmə” halında bütün kənd neytral zonada olacaq, kənd ermənilərdən boşaldılacaq?

Çakaten kəndi. İndiki təmas xəttindən təxminən 350-400 metr aralıdadır. “Güzgü variantında geri çəkilmə” halında bizim qoşunlar nə qədər uzaqlaşacaq, harada yerləşəcəklər?

Nerkin Hand kəndi. İndiki təmas xəttindən 250-300 metr aralıdadır. “Güzgü variantında geri çəkilmə” halında bizim qoşunlar hara qədər geri çəkiləcək, harada, kənd məktəbinin həyətində yerləşəcək?

Bu seriyanı davam etdirmək olar. Onlarla kənd və qəsəbə fəlakətlə üzləşəcək”, - deyə o təşvişlə qeyd edib.

Ağababyan iddia edib ki, “güzgü variantında geri çəkilmə” yeni ərazilərin itirilməsi ilə anti-erməni gündəmidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təşviş  


Bizi "telegram"da izləyin