Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Bu, güzgü variantında qoşunların çıxarılmasına, Sovet İttifaqı dövründə mövcud olan xəritə və ya xəritələri nəzərə almaqla sərhəd qoşunlarının sərhəd boyu yerləşdirilməsinə, habelə delimitasiya və demarkasiya prosesinə keçə bilməyimiz üçün şərait yaradacaq addımların atılmasına aiddir”, - deyə Qriqoryan qeyd edib.
O bildirib ki, hələ də öz təkliflərinə Bakıdan yazılı cavab almayıblar.
“Hraparak” nəşri Ermənistan TŞ katibindən güzgü variantında geri çəkilməyin nə demək olduğunu soruşub.
“Əslində, təklifimizin əsası ilə irəli getsək, belə bir sual yaranmaz, çünki biz Sovet İttifaqı illərində mövcud olan xəritəni nəzərə alırıq. Yəni, biz hazırda xəritədə de-fakto mövcud olan qoşunların yerləşdirilməsi ilə geri çəkilmə prosesinə başlamırıq, lakin Sovet İttifaqı illərində mövcud olan xəritəni daxil edirik və bu xəritə ilə qoşunlar güzgü variantında geri çəkilir. Bənzər halda belə bir sual yarana bilməz”, - deyə Qriqoryan cavab verib.
Alpər Mövludoğlu
Ordu.az