Erməni ictimai xadim: “Moskva KTMT və AİB-ə görə İrəvanla Bakı arasında münasibətlərin qurulmasına təzyiq göstərəcək”

2021/08/77012-1629366589.jpg
Oxunub: 738     14:11     22 Yanvar 2022    
“Ermənistan tərəfinin demarkasiya üçün heç bir ilkin şərti yoxdur, söhbət razılaşmalardan gedir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan deyib.

Onun sözlərinə görə, demarkasiya və delimitasiya üçün ölkələr arasında diplomatik münasibətlər olmalıdır, halbuki Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr yoxdur.

“Başqa bir maneə o ola bilər ki, tərəflər sözlə prosesə getməyə razılaşa bilsələr də, taktiki səbəblərdən kimin hansı problemi həll etməsindən asılı olaraq prosesi daim gecikdirəcəklər. Əslində çoxlu maneələr var”, - deyə Hunanyan qeyd edib.

Eyni zamanda erməni ictimai xadim Armen Vardanyan Rusiyanın Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya prosesinin tərəfdarı olduğunu düşünür.

O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi nümayəndəsinin öz brifinqində daim bu barədə danışması təsadüfi deyil.

Erməni ictimai xadim vurğulayıb ki, Moskva Azərbaycanın KTMT və AİB-ə üzv olması üçün İrəvan və Bakı arasında diplomatik münasibətlərin qurulmasına təzyiqlər göstərəcək.

“Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Lavrov demarkasiya və delimitasiyanın sürətləndirilməsinin tərəfdarı olduqlarını açıqlamışdı. Yəni hər iki tərəfə təzyiq olacaq. Rusiya tərəflərə təzyiq göstərəcək ki, diplomatik münasibətlər qursunlar. Bundan sonra, fikrimcə, Azərbaycanın KTMT və AİB-ə üzvlüyü ilə bağlı söhbətlər dövriyyəyə buraxılacaq, halbuki bu münasibətlər yoxluğu şəraitində bu, baş verə bilməzdi”, - deyə Vardanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin