Ordu.az xəbər verir ki, bu barədə “Tactical Report” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Son 10 il ərzində Fransa Qətərə böyük miqdarda hərbi texnika, o cümlədən NH-90 nəqliyyat helikopterləri və AS-350/AS-550 “Fennec” helikopterləri, həmçinin “Mistral”, “Exocet”, “Milan”, AASM, “Meteor”, “Mica” və digər növ raketlər ixrac edib.
SAMP/T Fransa Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən “Mamba” ləqəbi ilə tanınan HHM sistemidir. Sistem Fransa, İtaliya və “Thales Group”un ortaq sahib olduğu “Eurosam” tərəfindən hazırlanıb. HHM sistemi qanadlı raketlər, pilotlu təyyarələr, PUA-lar və taktiki ballistik raketlər kimi hava təhlükələrinə qarşı durmaq üçün nəzərdə tutulub. SAMP/T 2011-ci ildən İtaliya və Fransa silahlı qüvvələrinin xidmətindədir və Sinqapura da ixrac edilib.
Sevinc Əliyeva
Ordu.az