Xarici vətəndaşların Qarabağa səfərlərini sülhməramlıların komandanlığı müəyyənləşdirir? – Rusiya XİN-dən absurd cavab

2021/08/taras-1628077127.jpg
Oxunub: 812     12:02     21 Yanvar 2022    
“Azərbaycan Laçın dəhlizindən iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir, xarici vətəndaşlar və beynəlxalq təşkilatlar da daxil olmaqla sülməramlı fəaliyyətin həyata keçirilməsi zonasına səfərlərin qaydasını rus sülhməramlı kontingentinin komandanlığı müəyyənləşdirib, bu, Azərbaycan və erməni tərəflərinə yaxşı məlumdur”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən “Aravot” nəşrinin sorğusuna cavab olaraq bildiriblər.

“Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 2020-ci il noyabrın 9-da imzalanmış Qarabağ münaqişəsi zonasında atəşin və bütün növ hərbi əməliyyatların dayandırılması barədə bəyanata əsasən rus sülhməramlı kontingenti təmas xətti boyunca və Laçın dəhlizində yerləşdirilib”, - deyə verilən cavabda qeyd olunub.

Bildirilib ki, bu bəyanatın 6-cı bəndinə əsasən, Laçın dəhlizi rus sülhməramlıların nəzarəti altındadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Sülhməramlı   Rusiya  


Bizi "telegram"da izləyin