Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi yerli müdafiə sənayesindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, hazırda dizayn firmasının şəxsi təşəbbüsü ilə avtonom rejimdə düşmən sualtı qayıqları məhv etmək üçün təyin edilmiş insansız platformanın yaradılması üzrə işlər aparılır.
Torpedolar daşımağa qadir olacaq platformalar həm avtonom şəkildə işləyə, həm də kiçik ekipaj tərəfindən idarə oluna biləcək.
14 m uzunluğundakı sualtı platforma üç günə qədər dənizdə işləyə biləcək.
Sevinc Əliyeva
Ordu.az