Rusiya ilə gərginlik fonunda Estoniya müdafiəsi üçün əlavə 380 milyon avro xərcləyəcək

2022/01/15014-1642749741.jpg
Oxunub: 598     14:45     21 Yanvar 2022    
Kremlin təhdidləri ilə üzləşən Estoniya hökuməti yanvarın 20-də “qarşıdakı illərdə” milli müdafiəyə əlavə 380 milyon avro xərcləyəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kaja Kallas bildirib.

O, əlavə vəsaitin nəyə xərclənəcəyi barədə hələ ətraflı məlumat verməyib.

Əlavə vəsait ölkənin illik təxminən 650 milyon avroluq müdafiə büdcəsinə əhəmiyyətli dəstəkdir.

Baş nazir qeyd edib ki, əlavə vəsait Estoniya müdafiə qüvvələrinin sürətlə reaksiya verə bilməsi üçün bacarıqlarını artıracaq.

“Milli müdafiənin qeyri-hərbi inkişaflarına ciddi vəsait xərclənəcək. Biz təhdidləri aşkar etmək və onlara operativ reaksiya vermək üçün Daxili İşlər Nazirliyinin idarəetmə sahəsində bacarıqlarını artıracağıq. Sərhəd Mühafizəsini və mülki müdafiəni gücləndirəcəyik. Biz, həmçinin xarici xidmətin istifadə etdiyi təhlükəsiz kommunikasiya sistemlərini təkmilləşdirəcəyik”, - deyə baş nazir bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Rusiya  


Bizi "telegram"da izləyin