Erməni azərbaycanşünas: “Türkiyə tərəfi daim Bakı ilə məsləhətləşdiklərini qeyd edir”

2022/01/sd45d-1642749692.jpg
Oxunub: 833     12:20     22 Yanvar 2022    
“Azərbaycanın bu məsələ ilə bağlı münasibəti kifayət qədər dəyişib, əlbəttə bu həm də Türkiyənin mövqeyindən, Ermənistanla münasibətlərdə Azərbaycanın lehinə olaraq Türkiyənin mövqeyinin sərtləşməsindən asılıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Taron Hovhannisyan Türkiyə və Ermənistan mümayəndələri arasında baş tutan görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi Ermənistanla münasibətləri nizamlayarkən daim Bakı ilə məsləhətləşdiklərini, Azərbaycanın fikrini nəzərə aldıqlarını qeyd edir.

“Əlbəttə, Azərbaycan tərəfi də bu mesajları Türkiyədən alır. Azərbaycan tərəfinin şərhləri əsasən belədir ki, bəli, bu münasibətlərin normallaşması bizim üçün yaxşıdır, lakin ermənilər “soyqırımı”nın (qondarma - red.) tanınmasından, Azərbaycana qarşı ərazi tələblərindən imtina etməli, Zəngəzur dəhlizinin açılması və sair ilə razılaşmalıdırlar, bu halda Türkiyə ilə münasibətlərin tənzimlənməsində hər hansı bir problem görməyəcəyik”, - deyə Hovhannisyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin