Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
AT4 Hindistanın Quru və Hərbi Hava Qüvvələri tərəfindən istifadə ediləcək.
Hindistan Silahlı Qüvvələri AT4-ün yeni müştərisidir. Raketlər binalar, bunkerlər və digər şəhər mühitləri kimi qapalı məkanlardan rahatlıqla buraxıla bilir.
Tək hərbi personal tərəfindən idarə olunan sistem desant gəmilərinə, helikopterlərə, zirehli texnikalara və canlı qüvvəyə qarşı effektivliyini sübut edib.
Sevinc Əliyeva
Ordu.az