Ordu.az xəbər verir ki, bunu Çakaten icmasının başçısı Ara Harutyunyan deyib.
Onun sözlərinə görə, bu yoldan 55-60 il istifadə edilməmişdi və yol infrastrukturundan heç nə qalmamışdı.
“İlk günlərdə yalnız mən bundan istifadə edə bilirdim və daha 1-2 avtomobil keçirdi. İndi Mehri ilə əlaqə bu yol vasitəsilədir və o, hazırda torpaq yol olmasına baxmayaraq, az-çox keçiləndir”, - deyə Harutyunyan qeyd edib.
Erməni icma başçısı vurğulayıb ki, hava şəraitinə baxmayaraq, yeni yolun inşa işləri davam edir.
Alpər Mövludoğlu
Ordu.az