Rumıniya MiQ-21 qırıcılarını istismardan çıxarır

2022/01/DNI_0-1642749543.jpg
Oxunub: 847     12:15     22 Yanvar 2022    
Rumıniya uzun illər xidmət göstərən MiQ-21 döyüş təyyarələrini istismardan çıxarır.

Ordu.az xəbər verir ki, F-16-ların istifadəyə verilməsi ilə Rumıniya Hərbi Hava Qüvvələri 2024-cü ildə MiQ-21 döyüş təyyarələrini inventardan tamamilə çıxaracaq.

Rumıniya Hərbi Hava Qüvvələri 2024-cü ilin sonuna kimi tam təchiz olunmuş üç F-16 eskadrilyasına sahib olacaq. Hazırda Hərbi Hava Qüvvələrində yalnız bir operativ F-16 eskadrilyası var.

Rumıniya 1960-cı illərdə ilk MiQ-21 döyüş təyyarələrini istifadəyə verib və NATO-ya daxil olduqdan sonra MiQ-21-lərini NATO avadanlıqları ilə təchiz edib. NATO standartlarına uyğun təkmilləşdirilmiş təyyarələrin əksəriyyəti istismardan çıxarılıb və hazırda 30-a yaxın təyyarənin inventarda olduğu təxmin edilir.

Rumıniya Hərbi Hava Qüvvələri son illərdə Portuqaliya HHQ-nin inventarından çıxarılan 17 F-16AM/BM döyüş təyyarəsi alıb.

2021-ci ildə 514 milyon dollara Norveç HHQ-nin inventarından çıxarılacaq 32 ədəd F-16 almağa qərar verilib.

Norveç HHQ-nin inventarından çıxarılacaq təyyarələrin 40 yaşı olsa da, onlar Rumıniya HHQ-də daha 10 il istismar oluna bilər. Təyyarə ABŞ tərəfindən qismən modernizasiya və texniki xidmətdən keçəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   MiQ-21  


Bizi "telegram"da izləyin