İsrail Almaniyadan 3 milyard avroya sualtı gəmilər alır

2022/01/ShowI-1642749415.jpg
Oxunub: 676     15:57     21 Yanvar 2022    
İsrail Almaniyanın “Thyssenkrupp Marine Systems” (TKMS) şirkətindən sualtı qayıqlar alacaq.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

İsrail Hərbi Dəniz Qüvvələri üçün ümumilikdə üç sualtı qayıq istehsal olunacaq. TKMS ilə İsrail hökuməti arasında 3 milyard avro dəyərində sualtı müqavilə imzalanıb. Almaniya hökuməti iki ölkə arasında bağlanan müqaviləyə əsasən xərclərin üçdə birini ödəyəcək.

Tərəflər, həmçinin 850 milyon avro dəyərində strateji əməkdaşlıq müqaviləsi imzalayıblar.

Müqaviləyə əsasən, ilk sualtı qayıq 9 il ərzində təhvil veriləcək.

İsraillə TKMS arasında bağlanan müqavilə ilə bağlı mediada maraqlı məlumatlar yayılıb. İsrailin “Haaretz” qəzetinin xəbərinə görə, TKMS İsrailin “Dakar” sinfi adlandırdığı və sifariş edəcəyi sualtı qayıqların qiymətini iki qat artırıb.

Müqavilənin dəyəri 1,2 milyard avrodan 2,4 milyard avroya yüksəlib. Bunun səbəbi ilə bağlı bəzi fərziyyələr var.

“Naval News”un xəbərinə görə, qiymətlərin kəskin artmasının səbəbi sualtı qayıqlardakı yeni silah imkanları ola bilər. Bu imkanlara şaquli buraxılış qurğusu (VLS) daxildir.

İsrailin sualtı donanması çox məxfi saxlanılır. Bəzi məlumatlara görə, bu sualtı qayıqlar hətta nüvə silahı və uzaqmənzilli qanadlı raketlər də atmağa qadirdir. Sualtı qayıqların ümumilikdə 4-6 şaquli raket buraxılış borusu daşıyacağı da gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Almaniya  


Bizi "telegram"da izləyin