“Joğovurd”: Ermənistan BQ rəisi ifadə verməkdən imtina edib

2021/11/61974-1637318146.jpg
Oxunub: 584     12:55     21 Yanvar 2022    
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın keçmiş müdafiə naziri Davit Tonoyan, silah tədarükü ilə məşğul olan iş adamı “Patron Davo” ləqəbli Davit Qalstyan və digərləri ilə bağlı cinayət işi üzrə verdiyi ifadədən təfərrüatlar məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Məlum olduğu kimi, bu iş İrəvanın ümumi yurisdiksiya məhkəməsinin hakimi Manvel Şahverdyan tərəfindən imzalanıb və ötən gün İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsində bu iş üzrə ilk məhkəmə iclası keçirilib. İclasda müttəhimlərin müdafiəçiləri onların həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldıracaqdılar.

“Yeri gəlmişkən, iş üzrə təqsirləndirilən Baş Qərargah rəisi Artak Davtyan məhkəmənin birinci iclasında iştirak etməyib, çünki həbsdə olan sabiq məmurların həbs-qətimkan tədbiri məsələsinə birinci iclasda baxılacaqdı. Hər halda, əldə etdiyimiz mötəbər məlumata görə, MTX-də Artak Davtyan müstəntiqin suallarına və ona qarşı irəli sürülən ittihama cavab kimi ancaq kağız üzərində yazıb: “Hüququmdan istifadə edərək ittihamı qəbul etmirəm, etiraz edirəm və ifadə verməkdən imtina edirəm””, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BQ-rəisi   İfadə  


Bizi "telegram"da izləyin